Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Zərif Gürcüstana gəldi

Yayınlanma tarixi: 28.01.2021 12:14:03

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Gürcüstana səfəri başlayıb.

İslamazeri.com xəbər verir ki, rəsmi qarşılama mərasimi Şota Rustaveli adına hava limanında olub.

İranlı naziri Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisaişvili qarşılayıb.

Gürcüstan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, İranlı diplomat işgüzar səfəri çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, parlamentin sədri Arçil Talakvadze və baş nazir Qeorqi Qaxariya ilə görüşəcək.

Qeyd edək ki, Gürcüstanın XİN başçısı koronavirusa yoluxduğuna görə, bir müddət canlı görüşlər kimi fəaliyyətini davam etdirməyəcək.

Yuxarı