Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Zərif ABŞ-ı quldur adlandırdı - SƏBƏB

Yayınlanma tarixi: 27.03.2020 13:52:59

Zərif dünya ictimaiyyətindən istəyib ki, Vaşinqtonun sanksiyalarına tamaşaçı olmasın.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın xarici işlər naziri dünən gecə bir tivitter mesajında yazıb ki, hətta Amerika da dünyanın ən böyük iqtisadiyyatı kimi koronavirusla mübarizə üçün beynəlxalq yardımlara ehtiyaclıdır.

Zərif dünya ictimaiyyətindən istəyib ki, Vaşinqtonun sanksiyalarına seyrçi olmasın.

Məhəmməd Cavad Zərif tvitter-də ABŞ prezidenti Donald Trampın koronavirusla mübarizə üçün Cənubi Koreyadan kömək diləməsinə də toxunub: "Koronavirus hazırda dünyaya geniş və ağır xəsarətlər qəbul etdirməkdədir və heç bir ölkə amanda deyil. Hətta dünyanın ən böyük iqtisadiyyatı da bu pandemiya ilə mübarizə aparmaq üçün başqalarının yardımına ehtiyaclıdır. Bununla belə, Vaşinqton İrana qarşı iqtisadi terrorizmi dayandırmaqdan boyun qaçırır."

"Görəsən Amerika daimi bir pandemiya ardıncadır? Quldurun sanksiyalarına riayət etməmək etik bir zərurətdir.", - Zərif əlavə edib.

Son həftələrdə İranda və dünya ölkələrində koronavirus pandemiyasının yayılmasından sonra Türkiyə, Rusiya, Pakistan və Çin daxil olmaqla müxtəlif ölkələrin rəsmilərinin böyük bir hissəsi Amerikanın İran əleyhinə birtərəfli və qanunsuz sanksiyalarının ləğvini istəyib.

Donald Tramp cümə günü vurğulayıb ki, bu ölkənin İrana qarşı sanksiyalarının ləğvi ilə müxalifdir.

Amerika İrana qarşı sanksiyaların ləğv edilməsinə dair tələblərə rəğmən, ötən bir neçə gün ərzində bir neçə iranlı şəxsiyyət və şirkətə qarşı sanksiya elan edib.

Yuxarı