Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Zəhra Ana Dərnəyinin sədri Mehriban Əliyevaya təşəkkür etdi

Yayınlanma tarixi: 6.02.2021 17:55:53

Türkiyənin Zəhra Ana Dərnəyinin İdarə heyətinin sədri Məftunə Atam Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə keçirilən tədbirdə çıxış edib.

İslamazeri.com "Az.shafaqna.com "a istinadən xəbər verir ki, Türkiyənin Zəhra Ana Dərnəyinin İdarə heyətinin sədri Məftunə Atam Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə keçirilən tədbirdə çıxış edib.

O çıxışı zamanı Fatmeyi Zəhranın (s.ə) məqamı, İslamda qadının dəyəri və önəmi, dünyadakı islamafobiya və digər mövzulara toxunub.

Məftunə Atam Zəhra Ana Dərnəyinin yarım kampaniyaları və ehtiyaclılara etdikləri yardımdan danışdıqdan sonra Azərbaycanın Ermənistana qarşı müahribəsi, qələbəsi və bu kimi mövzulara işarə edib.

O Azərbaycanın qələbəsini ilin ən xoşbəxt hadisəsi adlandıraraq deyib: “Azərbaycanın Ali Baş Komandanı, dəyərli Prezident Cənab İlham Əliyevin öndərliyində, Azərbaycan ordusunun qəhrəmanlığı və xalqının izzətli duruşu ilə, şükürlər olsun ki, Qarabağımız işğaldan azad oldu. Və bu vətən məsələsində Prezident İlham Əliyevə, vitse prezident olaraq dövlətinə və ana olaraq şəhid, qazi analarına dəstək olan Xanım Mehriban Əliyevaya, bu örnək və dik duruşu ilə Türkiyədən vətənpərvər qadınlarımız adından təşəkkür edirik. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikirində olduğu kimi, dövlətimizlə millətimizlə bu zəfərə şərik olmanın xoşbəxtliyini yaşayırıq. Çünki biz iki dövlət bir millətik. Bu vasitə ilə 44 günlük dastanlar yazılan qələbədə qəhrəmanlar yetişdirən, cəbhəyə göndərərək, əsirlik pərdəsinin yırtılmasında böyük rol oynayan Azərbaycanımızın şəhid, qazi və hərbiçi analarını dünya Müsəlman Qadınlar günündə bir daha hörmətlə anıram. Bu prosesdə dilimizin əzbəri olan o şüarı bir daha da buradan təkrarlayıram “Qarabağ Azərbaycandır!”

Yuxarı