Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Yəmənli lider Qüds Günü çıxışında Səudiyyəyə səsləndi: Fələstinliləri azad edin

Yayınlanma tarixi: 21.05.2020 14:14:32

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Əl Husi də online proqramda çıxışı zamanı Fələstinə tam dəstək verdiklərini açıqlayıb.

İslamazeri.com  xəbər verir ki, Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında Seyid Həsən Nəsrullah, Əbdülməlik Əl Husi, İsmayıl Haniyə, Şeyx İsa Qasim, Hacı Ziyad Nihalə, Şeyx Qeys əl Xəzəli, Əskaf Ataullah Hana, Əbdüllətif əl Həmim çıxış ediblər.

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Əl Husi də online proqramda çıxışı zamanı Fələstinə tam dəstək verdiklərini açıqlayıb.

“Biz Yəmən xalqı Fələstin xalqını dəstəkləmə mövzusundakı duruşu vardır və bu dini, əxlaqi və insani  vəzifədir.”, -deyə Əl Husi deyib.

Əl Husi daha sonra “Sionist düşmənin Qəzzadakı fələstinliləri mühasirə altında işlətdiyi cinayətlər günlük adi işlərə dönübdür. Yəmən xalqı müqaəddəs məkanlara və Məscidi Əqsaya yardım etmək mövzusunda Müqavimət Cəbhəsinin  yanındadır.”, -deyə əlavə edib.

Yəmən Müqavimət lideri Səudiyyə rəsmilərinə çağırış edərək fələstinli məhbusları azad etməyə çağırıb.

Seyid Əbdülməlik Əl Husi sonra deyib: "Biz sionist rejimlə münasibətlərin hər cür adiləşdirilməsini pisləyir və onu haram hesab edirik."

 "Ümumdünya Qüds günü mühüm bir münasibətdir. Ona görə ki, İslam Ümmətinə onun birinci məsuliyyətini, yəni Fələstin amalını xatırladır və Fələstinin azadlığı, müqəddəslərin geri alınması və Fələstin xalqının nicatı üçün bir fürsət yaradır.", -deyən Yəmən Müqavimətinin lideri  bildirib ki, general Süleymaninin terror edilməsinin əsas səbəbi, onun sionist düşmən və Amerikanın ekspansianizmi ilə mübarizə və region xalqlarının yanında durmaq sahəsində oynadığı rol idi.

Yuxarı