Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Yəmən "Ənsarullah"ı Ayətullah Xameneiyə söz verdi

Yayınlanma tarixi: 14.08.2019 17:01:16

İslam İnqilabı Lideri Ayətullah Seyid Əli Xamenei Yəmən "Ənsarullah" hərəkatının rəsmilərini qəbul edib.

İslam İnqilabı Lideri Ayətullah Seyid Əli Xamenei Yəmən "Ənsarullah" hərəkatının rəsmilərini qəbul edib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Ayətullah Xamenei yəmənlilərə tövsiyələrində qüdrətlə bu fitnə qarşısında dayanmaq, vahid, müttəfiq və ərazi bütövlüyünə malik Yəməni himayə etməyin vacib olduğunu bildirib.

İslam İnqilabı Lideri dünən axşam baş tutan görüşdə,  Yəmən xalqının Səud, BƏƏ və onların himayədarlarının vəhşicəsinə və geniş təcavüzləri qarşısındakı cihadi ruhiyyəsi, sayıqlığı, müqaviməti və imanını yüksək qiymətləndirərək deyib: " Yəməndəki dini əqidələrə və müxtəlif qövmlərə əsasən, bu ölkənin birliyinin qorunması yəmənli-yəmənli dialoqlarını tələb edir."

"Yəmən xalqı öz dərin və tarixi sivilazisiyası ilə və bu beş ildə göstərdiyi mübarizə və müqavimət əhval-ruhiyyəsi ilə yaxşı gələcəyə malikdir; güclü hökumət yaradacaq və həmin hökumət çərçivəsində inkişafa nail olacaqdır.", -deyə Ayətullah Xamenei əlavə edib.

Sözlərinin davamında İranın Ali Dini Rəhbəri deyib: "Bu mövqe təəssübə əsaslanmır. Bu mövqe insan, vətəndaş və əxlaq zahiri ilə ən pis cinayətlər törədən Amerika və Qərb dövlət başçılarının fəaliyyətlərinə və gerçəkliklərə əsaslanır."

Ayətullah Xamenei yəmənlilərə açıq dəstək verərək "Bu cinayətkar qüdərlərlə iman və müqavimət qüdrəti ilə, həmçinin ilahi yardıma söykənməklə qarşılaşmaq olar və yeganə yol, budur.", -deyib.

Bu görüşün əvvəlində Yəmənin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam bu hərəkatın rəhbəri Seyyid Əbdulməlik Bədrəddinin Əl-Husinin Ayətullah Xameneiyə ünvanlanmış məhktubunu təqdim edərək deyib: "Son dərəcə çətin vəziyyətdə olan Yəmən xalqı boş əl, amma iman və müqavimətlə on yeddi ölkənin təcavüzü qarşısında dayanıbdır. Sizə söz veririk ki, Yəmən xalqı müttəfiq və vahid mövqedən çıxış edərək, özünün təcavüz və zülm qarşısındakı müqavimətini tam qələbəyədək davam etdirəcəkdir."

Yuxarı