Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Xristian ölkəsində spirtli içkilərin satışı qadağan edilə bilər

Yayınlanma tarixi: 17.07.2017 17:29:43

Rusiyada spirtli içkilərin satışına yeni məhdudiyyətlər tətbiq edilə bilər.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Rusiyada istirahət günlərində spirtli içkilərin satışı qadağan edilə bilər. Müvafiq təşəbbüslə ölkənin Səhiyyə Nazirliyi çıxış edib.

Qeyd edilir ki, nazirliyin “Əhalinin sağlam həyat tərzinin formalaşdırılması Strategiyası” adlı sənədində qeyd edilir ki, hazırda spirtli içkilərin sui-istifadəsinə qarşı mübarizə istiqamətində atılan addımlar kifayət etmir”.

“Biz istirahət günlərində spirtli içkilərin satışına məhdudiyyətin tətbiq edilməsini effektiv hesab edirik. Lakin bu qərarın həyata necə keçiriləcəyini, Səhiyyə Nazirliyi digər idarələrlə birgə həll edəcək.”, - nazirlikdən qeyd ediblər.

Yuxarı