Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Yayınlanma tarixi: 5.08.2022 13:15:38

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Bu barədə "İslamazeri.com"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avqustun 4-ü saat 17:45-də DSX Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.

Qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahda𔝠sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.

Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1 000 metrədək məsafədə köməksiz vəziyyətdə qalan Abşeron rayon Masazır qəsəbə sakinləri - 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilib. İlkin tibbi yardım göstərildikdən sonra onlar “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.

Yuxarı