Həzrəti Əbülfəzl Abbas haqqında gözəl mahnı
Kərbəlada bir qəhrəman var; adı Həzrəti Əbülfəzl Abbasdır -İmam Hüseynin sədaqətli dostu, qardaşı və ələmdarıdır. Dünya Kərbəlada onun göstərdiyi qəhrəmanlıq mislində qəhrəmanlıq görməmişdir. Həzrət Abbasın (ə) döyüş meydanında "Vallahi iki qolumu da kəssəniz dinimdən dönən deyiləm" cümləsini iki qolunu itirərkən deməsi onun dininə, İmamına necə bağlı olduğunu bir cümlə ilə sübutu, uşaqlara su gətirərkən suya baxıb su içməməsi isə insaf, qeyrət, mərdlik, vicdan və sədaqətin özüdür...