Məcid Məcidinin "Məhəmməd - Allahın elçisi" filminin Azərbaycanda təqdimatı baş tutub.
Ötən gün Nizami kino mərkəzində keçirilən "İran İR Mədəniyyət Həftəsi" çərçivəsində dünya şöhrətli iranlı kino rejissor Məcid Məcidinin "Məhəmməd - Allahın elçisi" filminin Azərbaycanda təqdimatı baş tutub.
Filmdən sonra İslamazeri.com olaraq saytın "Xalqın rəyi" rubrikası üçün tamaşaçılardan təəssüratları ilə bölüşmələrini xahiş etdik.