Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İmam Ümmət məscidində 20 Yanvar qeyd edildi

Yayınlanma tarixi: 25.01.2018 11:17:36

İmam Ümmət məscidi 20 yanvar şəhidlərinə həsr olunmuş məclis

İslamazeri.com xəbər verir ki, dünən Bakının Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində 20 Yanvar Faciəsilə bağlı geniş tədbir keçirilib. Məclisin açılışını Azərbaycanın tanınmış qareyi Quran Hacı Ruslan Quran ayələrinin tilavətilə açıb. Mərasimin aparıcılığını tanınmış Əhliibeyt məddahı Hacı Mehdi Dərbəndi aparıb. O şəhidlər haqqında şeir deyərək söz üçün məscidin imamı ilahiyyatçı Seyyid Şəhadət Heydərovu tribunaya dəvət edib.

O şəhidin məqamı, 20 Yanvar şəhidləri haqqında danışaraq bəzi təkfirçi qüvvələrin vətən şəhidlərinin məqamlarına şübhə yaratdıqlarından danışıb.

Daha sonra tribunaya tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli dəvət edilib. O da, şəhidlərin məqamı, şəhadətin şirinliyi, Kərbəla şəhidlərindən danışaraq 20 Yanvar hadisələri zamanı öz təəssüratlarını bölüşüb. Digər ilahiyyatçı Hacı Cavid Sadiqi də bu gün münasibətilə başsağlığı verib, uşaqlara şəhidlərin necə şəhid olmasının təfərrüatlarının danışılmamasının məqsədə uyğun olduğunu bildirib. O daha sonra İŞİD terrorçuları tərəfindən şəhid edilən Xanim Zeynəb ziyarətgahının müdafiəsiçisi Şəhid Höcəcinin həyat yoldaşının əhvalatını danışıb. 

Quran qarisi Hacı İlkindən sonra, məddah Mehdi Dərbəndi İmam Hüseyn haqqında nohə və mərsiyələr oxuyub. Sonda ehsan süfrəsi qurulub. FOTOLAR

Yuxarı