Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Vəhabi şahzadə Məsihin (ə) tablosunu 450 milyon dollara aldı

Yayınlanma tarixi: 12.06.2019 15:45:47

Əsər satıldıqdan sonra onun harada olması barədə mübahisələr yarandı.

İslamazeri.com-un “Bloomberg”-ə istinadən verdiyi xəbərə əsasən, Leonardo da Vinçinin “Dünyanın xilaskarı” adlı rəsm əsəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın gəmisindədir.

Xatırladaq ki, digər adı “Salvator Mundi`s” olan tablo 2017-ci ildə hərracda 450 milyon dollara satılıb.

Əsər satıldıqdan sonra onun harada olması barədə mübahisələr yarandı.

Tənqidçilər deyirlər ki, dəniz - bahalı tabloların saxlanılması üçün yaxşı yer deyil, çünki tablolar burada zədələnə bilər.

Bildirilir ki, həmin əsər əl-Ula şəhərində böyük mədəniyyət mərkəzi tikilib təhvil verilənədək şahzadənin yaxtasında saxlanılacaq.

Yuxarı