Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Vaxtilə AXCP və “Müsavat”da olub, sonra onlardan üz döndərən deputatlar - SİYAHI

Yayınlanma tarixi: 11.04.2019 14:00:41

Vaxtilə "Müsavat" və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan və hazırda mandat daşıyan deputatlarla bağlı araşdırma.

Vaxtilə "Müsavat" və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan və hazırda mandat daşıyan deputatlarla bağlı araşdırma.
 

Image result for Fərəc Quliyev

 

Milli Məclisin deputatı Fərəc Quliyev vaxtilə AXC-nin rəhbərliyində təmsil olunub. AXC Ordubad rayon şöbəsinin sədri, AXC İcraiyyə Komitəsinin sədri, AXC sədrinin birinci müavini olan F.Quliyev hazırda Milli Dirçəliş Hərəkatı Patiyasının sədridir və 31 saylı Suraxanı ikinci seçki dairəsini parlamentdə təmsil edir. 1995-2000-ci illərdə məhbus olan F.Quliyev həbsdən çıxandan sonra siyasi fəaliyyətində korrektələr edib və artıq ikinci çağırışdır Milli Məclisin deputatıdır.
 
Image result for Qüdrət Həsənquliyev
 
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də vaxtilə AXCP rəhbərliyində təmsil olunub. AXCP sədri Əbülfəz Elçibəyin müşaviri, AXCP sədri Əli Kərimlinin isə müavini olub. 2001-ci ildə AXCP-nin "yurdçular” və "klassiklər” qanadlarında olan parçalanmadan sonra "birləşmiş AXCP”ni yaratsa da, qeydiyyata aldıra bilməyib. Ədliyyə Nazirliyi Q.Həsənquliyevin AXCP-sini dövlət qeydiyyatına alsa da, sonradan bu qərarı ləğv edib. Hazırda Bütöv Azərbayccan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədridir və 7 saylı Ordubad-Culfa seçki dairəsini parlamentdə təmsil edir.
 

 

Milli Məclisin deputatı Fazil Mustafa da uzun müddət AXCP rəhbərliyində təmsil olunub. Ötən əsrin 90-cı illərində AXCP sədri Əbülfəz Elçibəyin Türkiyə təmsilçisi olaraq fəaliyyət göstərən F.Mustafa sonradan partiyanın sədr müavini olub. AXCP-dəki ikitirəlik zamanı əvvvəlcə Əli Kərimlinin rəhbəri olduğu "yurdçular” qanadında, sonradan isə "klassiklər” qanadında təmsil olunub. Partiya rəsmən parçalandıqdan sonra "klassik” AXCP-də sədr müavini postunu tutub. Bir müddət sonra isə Böyük Quruluş Partiyasını yaradıb və hazırda bu partiyanın sədridir. 26 saylı Sabunçu birinci seçki dairəsini parlamentdə təmsil edir.
 
 

Image result for Asim MollazadÉ™

 

Milli Məclisin deputatı Asim Mollazadə 1994-2005-ci illərdə AXCP sədrinin müavini olub. Əvvəlcə Əbülfəz Elçibəyin, sonra isə Əli Kərimlinin. Bu müddətdə partiyanın beynəlxalq əlaqələrinin qurulmasına məsul olub. 2005-ci ildə Azərbaycan Demokratik İslahatlar Partiyasını yaradıb və hazırda həmin partiyanın sədridir. AXCP-də olduğu müddətdə Demokratiyanın İnkişafı Fondunun vitse-prezidenti və Azərbaycan Avro-atlantik Mərkəzinin prezidenti işləyib. Rəhbəri olduğu partiya isə keçmiş cəbhəçilərin deyil, xaricdə təhsil almış gənclərin bazasında formalaşıb. 22 saylı Nəsimi ikinci seçki dairəsini parlamentdə təmsil edir.
 

Image result for Rasim Musabəyov

 

Milli Məclisin deputatı Rasim Musabəyov uzun müddət Müsavat Partiyasının üzvü olub. Müsavat Partiyası Divanının üzvü olan R.Musabəyov sonradan bu partiya ilə yollarını ayırıb. Müsavatda təmsil olunan müddətdə siyasi təhlilçi kimi məşhurlaşıb. 2003-cü ilin oktyabr hadisələri zamanı "ANS”in "Nəzər nöqtəsi” verilişində Müsavatın maraqlarını müdafiə edib. Azərbaycanın Litvada səfiri Tamerlan Qarayevlə bacanaq olan R.Musabəyov artıq ikinci çağırışdır Milli Məclisin deputatıdır. 18 saylı Nərimanov - Nizami seçki dairəsini parlamentdə təmsil edir.
 
 
 

 

 
Milli Məclisin deputatı Musa Qasımlı da Müsavat Partiyasının rəhbərliyində təmdsil olunub. Partiya Divanının üzvü olan M.Qasımlı 2003-cü ilin oktyabr hadisələri zamanı partiya rəhbərliyinin yürütdüyü siyasətə etiraz olaraq Müsavatdan istefa verib. Bundan sonra siyasi fəaliyyətlə məşğul olmayan profesor 2010-cı ildə ilk dəfə deputat seçilib. Əvvəlcə 42 saylı Sumqayıt ikinci seçki dairəsini, hazırda isə 72 saylı Yardımlı-Masallı seçki dairəsini parlamentdə təmsil edir. Eyni zamanda AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorudur.
 
 

Image result for Nizami Cəfərov

 

Milli Məclisin deputatı Nizami Cəfərov da Müsavat Partiyasının Bərpa Mərkəzinin və partiya Divanının üzvü olub. 1994-cü ildə isə bu partiyadan istefa verərək, Yeni Azərbaycan Partiyasına keçib. 20 ilə yaxındır ki, Milli Məclisdə təmsil olunur. 108 saylı Ağstafa seçki dairəsinin seçicilərini parlamentdə təmsil edən N.Cəfərov eyni zamanda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olub. Filalogiya elmləri doktoru, akademik Nizami Cəfərov Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Dünya Alpaqut Federasiyasının prezidentidir. (Azxeber.com)

Yuxarı