Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Uyğur qadın Çin “düşərgələrindəki” işgəncələrdən danışıb

Yayınlanma tarixi: 12.06.2019 14:23:35

Uyğur qadın Çindəki "yenidən tərbiyələndirmə" düşərgələri barədə danışıb.

İslamazeri.com-un “The Independent”-ə istinadən verdiyi xəbərə əsasən, Çin sakini uyğur türklərinin “yenidən tərbiyələndirmə düşərgələrində” məruz qaldığı işgəncələr barədə danışıb.

29-yaşlı Mihrigül Tursunun sözlərinə görə, 2-ci həbsindən sonra yerləşdirildiyi düşərgədə onun saçları keçəl qırxılıb və o, 4 gün ərzində sorğu-sual edilib, üstəlik, bu zaman ərzində də yuxudan məhrum edilib və elektrik cərəyanı ilə işgəncələrə məruz qalıb.

O, Misirdən geri döndükdən sonra tutulub. Mihrigül Misirdə ali təhsil alıb və elə oradaca ailə həyatı qurub; 3 uşaq dünyaya gətirib.

O bildirir ki, həbsdə keçirdiyi 3 ay ərzində onun 60 “kamera yoldaşından” 9-u ölüb.

Azadlığa çıxdıqdan sonra Mihrigül ailəsi ilə birlikdə Çini tərk edə bilib. O, ABŞ-da sığınacaq alıb.

Yuxarı