Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ukraynada eynicinsli evliliklərin qanuniləşdirilməsi məsələsi gözdən keçiriləcək

Yayınlanma tarixi: 5.08.2022 16:52:04

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Baş nazir Denis Şmıqala göstəriş verib.

Ukraynada həmcinslərin evliliklərinin qanuniləşdirilməsi məsələsi gözdən keçiriləcək.

İslamazeri.com xarici mediya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Baş nazir Denis Şmıqala göstəriş verib.

Zelenski deyib ki, müharibə dövründə Ukrayna Konstitusiyasına dəyişikliklər etmək qadağandır, lakin kişi-kişi və qadın-qadın birliklərinin - “vətəndaş ittifaqlarının” qeydiyyatı məsələsi gözdən keçirilə bilər.

Qeyd edək ki, 3 iyulda Ukrayna prezidentinin saytında eynicinsli evliliklərin qanuniləşdiriməsinə dair petisiya başladılıb. Onun prezidenti tərəfindən gözdən keçirilməsi üçün azı 25 min lazım idi ki, bu say toplanılıb.

Müşahidəçilərin sözlərinə görə, Ukrayna rəhbərliyinin lazımi imza sayı toplamış digər petisiyaların gözardı edilməsinin fonunda bu petisiya ilə bağlı qərarın qəbul edilməsi suallara səbəb olur.

Yuxarı