Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ukrayna ilə Rum Patriarxlığı arasında gizli əməkdaşlıq sazişi üzə çıxıb

Yayınlanma tarixi: 15.03.2019 00:29:10

Ukrayna rəhbərliyi ilə Fənər Rum Patriarxlığı arasında aparılan gizli əməkdaşlıq sazişi Ukrayna mətbuatında əks olunub.

Ukraynanın dövlət başçısı Pyotr Poroşenko Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsi qarşılığında Fənər Rum Patriarxı Varfolomeyə Ukraynada binalar, müəssisələr və müxtəlif mülklər verməyi söz verib.

İslamazeri.com xəbər verir ki, Ukrayna rəhbərliyi ilə Fənər Rum Patriarxlığı arasındakı gizli əməkdaşlıq sazişi Ukrayna mətbuatında əks olunub.

Ukrayna Prezident Administrasiyasından ələ keçirilən müqavilə nüsxəsində, "Ukrayna müqavilənin məqsədinə uyğun olaraq Fənər Rum Patriarxlığının Kiyev nümayəndəliyinin missiya fəaliyyətləri üçün lazımi binaları, qurğuları və müxtəlif mülkləri almasını təmin edəcək" ifadələrinə yer verildiyi görülüb.

Rusiya Prezidenti Vladimir Putin 2018-in dekabr ayında keçirdiyi illik böyük mətbuat konfransında, Fənər Rum Patriarxı Varfolomeyi Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verməyə sövq edən amillərin pul və ABŞ-ın nəsihətləri olduğunu bildirmişdi.

Yuxarı