Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Türkiyənin dövlət agentliyindən Fatih Terim istefası

Yayınlanma tarixi: 17.07.2017 17:51:39

"Anadolu Agentliyi"nin (AA) Fatih Terimin restoranda dava etməsilə bağlı xəbəri yayımlamamasının ardınca xəbəri hazırlayan müxbir istefa verib.

Türkiyənin yarı-rəsmi dövlət informasiya agentliyi olan "Anadolu Agentliyi"nin (AA) Fatih Terimin restoranda dava etməsilə bağlı xəbəri yayımlamamasının ardınca xəbəri hazırlayan müxbir istefa verib.

AA-nın İzmir Bölgə İdarəsində müxbir vəzifəsində işləyən İbrahim Evrim Ayral istefa səbəbini isə "Facebook" profilindən verdiyi bəyanatla bildirib.

Ayral açıqlamasında "Dünyanın harasında olursa olsun, bu xəbərdir. Bu xəbəri yayımlamayan, yayımlaya bilməyən da "mən agentliyəm, qəzetəm, adamam",- deyə, qətiyyən gəzməsin. Belə jurnalist olmaz. Xəbər müxbir üçün namusdur və mən namusumu təmizləmək üçün istefa verməkdən başqa yol tapmadım. Bundan sonra bu və bənzər xüsusi xəbərləri ancaq sosial şəbəkə profillərimdən təqib edə bilərsiz",-deyə qeyd edib.

Yuxarı