Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Türkiyə təşkilatından Ərbəinlə həmrəylik məktubu

Yayınlanma tarixi: 14.10.2019 14:28:26

Türkiyədə fəaliyyət göstərən təşkilatlardan biri Ərbəin yürüşü ilə bağlı dünya xalqlarına müxtəlif dillərdə məktub yayımlayıb

Türkiyədə fəaliyyət göstərən təşkilatlardan biri Ərbəin yürüşü ilə bağlı dünya xalqlarına müxtəlif dillərdə məktub yayımlayıb.

İslamazeri.com xəbər verir ki, TAYDER (İctimai Araşdırma və Yardımlaşma Dərnəyi) hər il olduğu kimi 1441 Hicri, və 2019 Miladi ilin Ərbəin Yürüşü münasibətilə dünyanın bütün məzlum xalqlarına xitabla məktub yayımlatıb.

Məktubun mətnində deyilir: 

"Bismilləhir Rəhmanir Rəhim
Bu məktub, dünyanın ən böyük xalq toplantısı, yer kürəsi sakinlərinə bir çağırışdır. Bu məktub, Hüseyn aşiqi olan yürüş iştirakçılarından, Hüseynin sevdiyi xalqlara, qurtuluşları üçün hər şeyini fəda etdiyi insanlara bir xitabdır.

Tarixin ən böyük müsibətinin matəmini saxlayanların, bütün məzlumlara, haqları zalimcə qəsb edilənlərə, ölkələri işğal edilib vətənlərindən sürgün olanlara, ümumi olaraq tağutların və müstəkbirlərin təzyiq və zülmü altında əzilənlərə məktubudur.
Bu məktub, tarixin ən canlı və ən qəhrəmanca hadisəsinə könül vermişlərdən, səssiz ruhsuz və coşqusuz buraxılmış dünya sakinlərinə bir xatırlatmadır.
Bu məktub, Kərbəlaya doğru dünyanın hər yerindən yollara düşmüş insanlardan qardaşlıq, vəhdət və fədakarlıqları yaxından izləmiş olanlardan, bəşəriyyət üzərində suveren hər cür eqoistlik, maraq və ayrıseçkilikdən bezmiş insanlara bir bildirişdir.

Bu məktub, hər cür coğrafiya və millətçilik təəssübündən qaçmış, saxta sərhədlərlə bir birindən ayrı düşürülmüş bütün məzlum, zəif xalqlara bir çağrışdır.
Bu məktub, Hüseynə və Onun təyin etdiyi yola bağlanmağı hər cür irqçi,
Milliyətçi, məzhəbçi kimlikdən üstün tutanlardan, hər irq, din və məzhəbdən olan dünya məzlumlarına bir çağırışdır.
Bu məktub, Ədalət Günəşinin doğacağını gözləyənlərdən və zülmün mənbəyi ilə həlledici müharibə üçün hazırlananlardan, dünyaya hökmdarlıq edən 1 faizlik güclərin ədalətsizlikləri altında əzilən 99 faizi təşkil edən dünya xalqlarına bir məktubdur.

Dünyanın hər yerindəki Müstəzəflər, salam olsun sizə!

Biz, yer kürəsinin dörd bir yerindən milyonlarla Hüseyn aşiqilə birlikdə insanlıq tarixinin bu ən görkəmli yad etmə mərasiminə qatılıb, ayaqyalın Kərbəlaya yönəldiyimiz bu anlarda Həzrəti Adəm oğullarının müxtəlif irq, millət və dindən olan böyük bir hissəsi dünyanın müxtəlif yerlərində müxtəlif zülmlər, hücumlar, acılar, məhrumiyyətlər, təhqirlər və ədalətsizliklərə məruz qalmaqdadırlar.

Bu gün, xalqların mədəni, ictimai, iqtisadi və siyasi həyatına suveren atmosferi - müstəkbir güclər və dünya səthində örtülmüş zalım sistem təyin etməkdədir.

Xalqların həyatı, şəxsi mənfəətlərinə görə deyil, daha çox sərmayəbazların və güclərin mənfəətləri oxunda şəkillənməkdədir.

Tağut, zalım və xalqıdan uzaq düşmüş rejimlər dünyanın bir çox yerində modern üsullarla öz xalqları üzərində köləlik sistemi qurmuş ikən, özləri başda ABŞ və beynəlxalq Qurumlar olmaqla daha böyük tağutların köləliyini qəbul etmiş olurlar.
Dünya üzündə güc sistemi qurmuş zalımlar əllərindəki müxtəlif vasitələrlə müstəzəfləri o qədər zəiflətmişlər ki, onları bir birinə yadlaşdırmış və itaətkar hala salmışlar; bu yöndə biz müstəzəflərin diqqətini lazımsız mövzulara, dəyərsiz sahələrə çəkilmiş və beləcə içində olduğumuz acı durumu ciddi olaraq dəyərləndirmədə və bu durumu dəyişdirmək üçün hərəkətə keçmə mövzusunda qəflətə düşmüşük.
Müstəkbirlər, bizim təməl problemlərə yönəlmək və onlar əleyhinə qlobal müstəzəf cəbhəsini yaratmaq yerinə, irqçi, milliyətçi və məzhəbçi müharibələr içində olmağımızı istəyirlər. Halbuki bu qarşıdurmaların heç biri haqq-batil səviyyəsində olan mübarizələr deyildir və əsla təməl problemlərimizi həll edəcək, qurtuluşa yönəldəcək şeylər deyildir.

Qardaşlar!
Əlinin (ə) şəhəri Nəcəfdən Hüseynin (ə) şəhəri Kərbəlaya hərəkət halında olan bizlər, Ərbəin yürüşü iştirakçılarından ən böyük arzumuz Əlinin və Hüseynin yolunda olmaqdır.
Həzrəti Əlinin (ə) mübarizə dolu həyatının son anlarında buyurduğu ”Zalıma düşmən və məzluma yardımçı olun” şüarını özümüzə bələdçi olaraq seçmiş oluruq. Mütəal Allahdan istəyimiz budur ki, İmam Əlinin bu vəsiyyətini yerinə yetirmə yolunda zalımca tətbiq edilən çətinliklərə qarşı mübarizədə bədəl ödəməkdən qorxmamağı və Seyidduş Şühəda Hüseynin izində olmağı bizə inayət etsin. Hüseyn (ə) bu yolda ödənəcək ən böyük bədəl, yəni ölüm mövzusunda belə buyurur: ”İzzətə çatmaq və haqqı əhya etmək yolunda ölmək necədə asandır.”

Ey, Yer üzünün Müstəzəf Xalqları!
Gəlin zalıma düşmənliklə və məzluma yardım etməkdə, bu böyük vəzifəni yerinə yetirmək zamanı bədəl ödəməkdən qorxmamaq mövzusunda əhdləşək.
Harada olursa olsun, hansı dindən və məzhəbdən olursa olsun, hansı irqdən və rəngdən olursa olsun, zalım qarşısında susmamaq, hərəkətsiz qalmamaq və mümkün olan hər şəkildə bunlara qarşı çıxmaq mövzusunda əhdləşək. Dəqiq bilək ki, bizim bu əhdə fərd-fərd bağlı qalmağımız dünya üzərində böyük bir dəyişikliyə zəmin yaradacaq.
Ey qardaşlar! Gəlin hər il təşkil olunan bu görkəmli yürüşə qatılaq. Çünki bu yürüş, qlobal şər gücləri və zülm cəbhəsinə qarşı hazır olmaq istiqamətində təlim, həmrəylik, vəhdət və qardaşlıq içində birlikdə yaşamaq üçün bir alışqanlıqdır.
Dünya müstəzəflərinin bu əhdləşməyə qatılmaları, qlobal ədalət günəşinin doğuşu və bəşər tarixinin səhərinə çatmaları ümidilə..."

Yuxarı