Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Türkiyə: "Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru bir addımdır"

Yayınlanma tarixi: 27.11.2021 14:05:37

"Türkiyə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü yüksək qiymətləndirir".

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır.

İslamazeri.com Trend-ə istinadən xəbər verir ki, bu Türkiyə Prezident Administrasiyasından deyilib:

"Cənubi Qafqazda sabitlik təkcə Türkiyənin deyil, regionun bütün ölkələrinin marağındadır. Cənubi Qafqazda sülh regionun iqtisadi inkişafına, eləcə də kommunikasiyaların açılmasına xidmət edəcək. Türkiyə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü yüksək qiymətləndirir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır", - deyə administrasiyadan bildiriblər.

Qeyd edək ki, noyabrın 26-da Soçidə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında keçirilmiş görüşdə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan öz hədəflərinə nail olub. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.

Yuxarı