Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Türkiyə ordusu Fərat çayının şərqində quru əməliyyatına başlayıb

Yayınlanma tarixi: 10.10.2019 00:18:42

Türkiyə ordusu Fərat çayının şərqində quru əməliyyatına başlayıb.

Türkiyə ordusu Fərat çayının şərqində quru əməliyyatına başlayıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz həmçinin Suriya milli ordusu "Barış pinarı" əməliyyatı çərçivəsində Fəratdan şərqə yerüstü əməliyyata başlayıb", - nazirliyin bəyanatında deyilir.

Türkiyə sərhədin Suriya tərəfində 480km uzunluğunda və 32 km enində "təhlükəsiz bölgə" yaratmağı planlaşdırır.

Türkiyə Prezidentinin sözçüsü Fahrettin Altun Türkiyə qüvvələrinin "türk vətəndaşlarına qarşı uzun müddətdir davam edən bir təhdidi zərərsizləşdirmək üçün" qısa müddət ərzində sərhəddən keçəcəyini deyib.

Yuxarı