Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Türkiyə 3-cü dünya müharibəsinin başladığını elan etdi

Yayınlanma tarixi: 12.10.2018 11:54:32

Hakim partiyanın sədr müavini bu haqda danışıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş bəyan edib ki, 3-cü dünya müharibəsi artıq başlayıb.

Onun sözlərinə görə, 3-cü dünya müharibəsinin səbəbləri siyasi yox, iqtisadidir. Türkiyə isə “müharibədən” ən çox ziyan görəcək regionun episentrindədir.

Xatırladaq ki, son aylar ərzində Türkiyədəki iqtisadi vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib. Türk lirəsi kəskin şəkildə dəyər itirib. Belə ki, milli valyuta cari ilin əvvəlindən 40% dəyər itirib.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lirənin düşüşünü şərh edərkən bildirmişdi ki,  ölkənin daxilində də Türkiyə iqtisadiyyatının pisləşməsinə maraqlı olan qüvvələr var.

Yuxarı