Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Türk nazir: Putinlə rusca zafat edirəm

Yayınlanma tarixi: 14.03.2019 17:14:17

Türkiyə XİN başçısı dil bilikləri ilə bağlı danışıb.

İslamazeri.com-un “Habertürk”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, onun rus dili bilikləri ona Rusiya prezidenti Vladimir Putinlə rusca zarafat etməyə imkan verir.

“Fürsət düşdükcə, dillər öyrənməyə çalışıram. Rus dilini artıq orta səviyyəyə çatdırmışam, Putinlə görüşlər zamanı hətta rusca zarafat da edə bilirəm”, - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da yaxşı səviyyədə rus dilini bilir.

Yuxarı