Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Türk dövlətində sayca 2060-cı məscid açıldı

Yayınlanma tarixi: 11.07.2019 14:39:28

Özbəkistanda yeni məscidin açılışı olub.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Özbəkistanın Baysun rayonunun Omonxon kəndində yeni müsəlman məbədinin təntənəli açılışı baş tutub.

“Şeyx Şəmsəddin” məscidinin açılışında ölkənin Müsəlmanlar İdarəsinin rəsmisi iştirak edib və o, orada ilk cümə moizəsini də edib.

Qeyd edilir ki, indiyədək kənd sakinləri 12 km uzaqlıqda yerləşən Baysun şəhəri məscidinə getməli olurdular.

Beləliklə də, Özbəkistandakı məscidlərin ümumi sayı 2060-a çatıb.

Yuxarı