Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Tramp: Onlar özləri bütün xərcləri qarşılamağa hazırdırlar

Yayınlanma tarixi: 17.07.2017 14:04:13

ABŞ prezidenti Qətərlə bağlı münasibətlərindən söz açıb.

İslamazeri.com “Al Alam”-a istinadən xəbər verir ki, CBN kanalına bu barədə açıqlama verən Donald Tramp bildirib: “Bizim Qətərlə əlaqələrimiz yaxşıdır və iqtisadi və siyasi mühasirələrə baxmayaraq, hava bazamızı hələ də qoruyub saxlamışıq.”

Ərəb ölkələrinin Qətərlə olan mənfi münasibətinə toxunan Tramp deyib: “Bizim Doha ilə sıx əlaqəmiz var. Bu hava bazasını tərk etməyə məcbur qalsaq da, qüvvələrimizə ev sahiblik etmək istəyən 10 ölkə var və inanın ki, onlar özləri bütün xərcləri qarşılamağa hazırdırlar.”

Yuxarı