Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Tramp İrana qarşı 120 minlik ordu xəbərini təkzib etdi

Yayınlanma tarixi: 15.05.2019 16:34:46

Ağ Ev başçısı yayılan şayiələri şərh edib.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranla mübarizə məqsədi ilə Yaxın Şərqə 120 min hərbçi göndərmək planlarını təkzib edib.

“Saxta xəbərlərdir”, - deyə Tramp jurnalistlərə bildirib.

Xatırladaq ki, ötən gün “The New York Times” qəzetinin yaydığı xəbərdə deyilirdi ki, əgər İran öz nüvə hazırlıqlarını sürətləndirərsə və ya ABŞ hərbçilərinə hücum edərsə, Pentaqon Yaxın Şərqə 120 min hərbçi göndərmək planı hazırlayıb.

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi CNN-ə verdiyi müsahibədə KİV-lərdə yayılan bu şayiələri “psixoloji müharibə” adlandırıb.

İranlı rəsmi əlavə edib ki, ölkəsi bölgədə münaqişə yaratmaq istəmir, çünki heç kəsin bu cür münaqişədən xeyir qazanmayacağını hesab edir.

Yuxarı