Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Terrorçular Rusiyanın Suriyadakı səfirliyini atəşə tutdu

Yayınlanma tarixi: 17.07.2017 17:00:20

Rusiya XİN məsələ ilə bağlı bəyanat yayıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, terrorçular Rusiyanın Suriyadakı səfirliyini minaatanlardan atəşə tutmağa cəhd ediblər. İlkin məlumata əsasən, mərmilər paytaxt Dəməşq şəhərinin Cobar rayonundan atılıblar. Adıçəkilən ərazi isə terror qruplaşmalarının nəzarəti altındadır.

Atılmış mərmilər səfirlik binasına dəymiyib. Elə buna görə də, insident nəticəsində heç kəs xəsarət almayıb.

Rusiya Xarici İşlər Nazirliyi artıq bu hadisəni pisləyən bəyanatla çıxış edib:

“Rusiyanın diplomatik və Dəməşq şəhərinin dinc insanlar yaşayan kvartallarına edilən terror hücumlarını qəti şəkildə pisləyirik. Rusiyanın Suriyadakı terrorçulara qarşı qəti və güzəştsiz mübarizəsi davam etdiriləcək.”

Yuxarı