Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Təhsil Nazirliyi və digər qurumların təhsil xərcləri açıqlanıb

Yayınlanma tarixi: 25.05.2022 11:34:56

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

2021-ci ildə dövlət büdcəsindən təhsil bölməsi üzrə xərc edilmiş vəsaitin əsas hissəsi Təhsil Nazirliyinin payına düşür.

İslamazeri.com xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Hesabatda qeyd edilir ki, Təhsil Nazirliyi üzrə xərclər 2264,3 milyon manat (ümumilikdə təhsil xərclərinin 72,1 faizi) proqnoza qarşı icra 2 226,8 milyon manat və ya 98,3 faiz olunub.

Nazirlik üzrə xərc edilmiş vəsaitin 1797,4 milyon manatını və ya 80,7 faizini əməyin ödənişi xərcləri, 301,1 milyon manatını və ya 13,5 faizini malların (işlərin və xidmətlərin) satın alınması xərcləri, 47,8 milyon manatını və ya 2,2 faizini sosial ödənişlər, 64,6 milyon manatını və ya 2,9 faizini qeyri-maliyyə aktivlərinin alınması üzrə xərclər, 16,0 milyon manat və ya 0,7 faizini isə digər xərclər təşkil edir.

Təhsil bölməsində Mədəniyyət Nazirliyi üzrə 150,3 milyon manat proqnoza qarşı icra 142,8 milyon manat və ya 95,0 faiz, Səhiyyə Nazirliyi üzrə 15,0 milyon manat proqnoza qarşı icra 13,1 milyon manat və ya 87,3 faiz, Gənclər və İdman Nazirliyi üzrə 8,1 milyon manat proqnoza qarşı icra 6,6 milyon manat və ya 81,5 faiz, Dövlət Turizm Agentliyi üzrə 2,6 milyon manat proqnoza qarşı icra 2,1 milyon manat və ya 81,0 faiz olub.

Yuxarı