Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Tedros Adhanom Qebreyesus yenidən ÜST-nın Baş direktoru seçilib

Yayınlanma tarixi: 25.05.2022 10:47:19

Ümumdünya Səhiyyə Təşkilatının hazırkı rəhbəri Tedros Adhanom Qebreyesus Ümumdünya Səhiyyə Assambleyasının 75-ci xüsusi sessiyasında yenidən ÜST-nın Baş direktoru seçilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hazırkı rəhbəri Tedros Adhanom Qebreyesus Ümumdünya Səhiyyə Assambleyasının 75-ci xüsusi sessiyasında yenidən ÜST-nın Baş direktoru seçilib.

Xatırladaq ki, Qebreyesus ilk dəfə 2017-ci ilin mayında ÜST-ün Baş direktoru vəzifəsinə seçilib. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru yenidən seçildikdən sonra verdiyi ilk  açıqlamada ÜST ailəsinin fəaliyyətlərini yüksək qiymətləndirib və ona etimad etdiklərinə görə Ümumdünya Səhiyyə Təşkilatına üzv olan ölkələrə təşəkkür edib.

Qebreyesus bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının ilkin prioritetləri sağlamlığın təşviq edilməsi, ilkin səhiyyə xidməti, fövqəladə vəziyyətə hazırlıq və cavab tədbirləri, elm, innovasiya və rəqəmsallaşmadır.

Qeyd edÓ™k ki, Tedros Adhanom Qebreyesus 2027-ci ilin 15 avqustunadək vəzifəsini icra etməyə davam edəcək.

Yuxarı