Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Təcridxanada saxlanılan Polad Aslanov aclıq aksiyasına başlayıb - Vəkil

Yayınlanma tarixi: 10.10.2019 17:47:06

Xeberman.com saytın həbsdə olan redaktoru Polad Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.

Xeberman.com saytın həbsdə olan redaktoru Polad Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.

Bu barədə Amerikanın Səsi-nə müsahibəsində vəkil Osman Kazımov bildirib.

Onun sözlərinə görə, jurnalist ona qarşı irəli sürülən ittihamı qəbul etmir və barəsində həbs qətimkan tədbirnin daha dörd ay uzadılmasına etiraz edir.

“Polad Aslanovla saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin isitintaq təcridxanasında görüşdüm. O bildirdi ki, Səbail rayon Məhkəməsinin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə qərarından sonra aclıq aksiyasına başlayıb. Mən ona təkid də etdim ki, aclığı dayandırsın. Amma, o aclığı dayandırmayacağını dedi. O hesab edir ki, heç bir cinayət etməyib və həbsi qanunsuzdur. Aslanovu dövlətə xəyanətdə ittiham edirlər. O özünü təqsirli bilmir. Mənə elə gəlir ki, o hansısa yazısının `güdazına` gedib.”

Vəkil Aslanovun səhhətində hələ ciddi problemlərin yaranmadığını bildirib.

Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətindən jurnalistin durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır.

Oktyabrın 5-də Səbail rayon Məhkəməsi hakim Aytən Əliyevanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin müraciəti əsasında jurnalist barəsində həbs qətimkan tədbirinin müddətini daha dörd ay, 2020-ci il fevralın 12-dək uzadıb.

Yuxarı