Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Tbilisidə "İnternet Mediasının günümüzdəki rolu" mövzusunda seminar keçirilib - FOTO

Yayınlanma tarixi: 14.03.2019 22:51:40

Sonda Muslimmedia TVnin verlişlərində iştirak edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olunub.

İslamazeri.com xəbər verir ki, bu gün “Muslimmedia” İnternet televiziyasının dörd illiyi münasibəti ilə Tbilisidə yerləşən M.F.Axundovun ev muzeyində “ İnternet mediyasının günümüzdə rolu ” mövzusunda seminar keçirilib. İnternet TV əməkdaşlarının, din və ictimaiyyət xadimlərinin iştirak etdiyi seminarda öncə TVnin rəhbəri Məşədi Vidadi Qurbanova və Tvnin əməkdaşı Əli Abbas İnternet Tvnin fəaliyyəti haqda statistik məlumat veriblər. Vidadi Qurbanov qeyd edib ki, Muslimmedia Tv www.muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. 2015-ci ilin mart ayında yayıma başlayan televizyada artıq dünyanın bir çox ölkələrindən cəmi 9 minə yaxın abunəçisi var. Tv bu günə qədər 900-dən çox müxtəlif verlişlər hazırlayaraq tamaşaçıların ixtiyarına vermişdir.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, dəyərli din xadimi Kərbəlayi Mahir Məmmədov və Kamran Məmmədov informasiya cəmiyyətinin inkişafında və mənəvi, mədəni tərəqqi və maarifləndirmə sahəsində İnternet mediyasının faydaları, ondan düzgün və təhlükəsiz istifadə , İnternetdən qazanc əldə etmənin yolları, Dünyada internetdən istifadə sahələrinin statistikası və s. mövzularda ətraflı danışıblar.
Sonda Muslimmedia TVnin verlişlərində iştirak edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olunub. Dini İdarənin şeyxi Hacı Ramin İgidov öncə TVnin rəhbəri Məşədi Vidadi Qurbanova və əməkdaşı Əli Abbas müəllimə və verlişlərin hazırlanmasında zəhməti olan ruhani bacı və qardaşlara təşəkkür etdi. O, İnternet TVnin 4 il müddətində hazırladığı dini, mənəvi verilişlərin xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etdiyini bildirib təkliflərini çatdırdı.

Qalereya

img
img
img
img
img
img
Yuxarı