Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Taliban ABŞ-la razılığa sadiq qalacaq

Yayınlanma tarixi: 12.01.2021 17:42:26

Doha sazişi Əfqanıstanda nizamlanmaya yardım edir, Cozef Baydenin administrasiyası onun müddəalarını həyata keçirməlidir.

Taliblər də öz növbəsində sənəddən irəli gələn öhdəliklərinə tam riayət edəcəklər.

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu sözləri RİA “Novosti”yə müsahibəsində “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiulla Mücahid deyib.

O qeyd edib ki, müqavilənin imzalanması təşəbbüsü ilə ABŞ çıxış edib və bu saziş daha çox məhz rəsmi Vaşinqtona lazım idi. Mücahid həmçinin vurğulayıb ki, bu günə qədər Bayden müqaviləyə heç bir şərh verməyib.

“Doha sazişi müharibəyə son qoymaq üçün düşünülmüş üsuldur. Bu plan həyata keçməlidir. Növbəti ABŞ hökuməti ona riayət etsə, müharibə bitəcək”, ”“ Mücahid əlavə edib.

Onun sözlərinə görə, istənilən halda taliblər tərəfdən heç bir problem yoxdur və onlar vədlərinə sadiqdirlər: “Bu müqavilə həm ABŞ, həm də əfqan xalqının maraqlarına xidmət edir”.

Xatırladaq ki, 2020-ci ildə Qətərdə ABŞ və “Taliban” radikal terror təşkilatı sülh müqaviləsi imzalayıblar. Sənədə əsasən, xarici hərbi qoşunlar 14 ay ərzində Əfqanıstandan çıxarılmalı, əsirlərin dəyişdirilməsinə dair Əfqanıstan daxilindəki qüvvələr arasında danışıqlar başlamalıdır.

Yuxarı