Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Suriya tarixində ilk dəfə: Dövlət tərəfindən başqa ölkənin zabitilə bağlı tədbir keçirildi - FOTO

Yayınlanma tarixi: 13.01.2020 10:19:12

Suriya Dövləti tarixində ilk dəfə Suriya Ordusuna aid olmayan bir zabit üçün Suriya Ordusu tərəfindən yas mərasimi təşkil olunub.

İslamazeri.com Suriya mediasına istinadən xəbər verir ki, Suriya Dövləti tarixində ilk dəfə Suriya Ordusuna aid olmayan bir zabit üçün Suriya Ordusu tərəfindən yas mərasimi təşkil olunub.

Məlumata görə, Suriya Ordusu İranın İnqlab Keşikçilər Korpusunun “Qüds” briqadasının komandiri General Qasim Süleymaninin sui-qəsd nəticəsində öldürülməsi və onun yad edilməsi münasibətilə rəsmi yas mərasimi təşkil edib.

Mərasimdə Suriya Prezidenti Bəşər Əsədin siyasi və informasiya işləri üzrə müşaviri Buseyn Şaaban , Suriya Müdafiə naziri Mahmud Aş-Şava,  Suriyanın baş müftisi Əhməd Bədrəddin Xassun, İranın Suriyadakı səfiri Cavad Türkəbadi, dövlət rəsmiləri, ordu təmsilçiəri və təşkilat rəhbərləri iştirak edib.

Şaaban Süleymaninin işğal, aqressiya və terrorizmlə mübarizədə roluna diqqət çəkərək “Fələstin onun həssas tərəfi idi. Onun həyatı haqq uğrunda mübarizə aparanlar üçün bir nümunədir.”, -deyə bildirib.

Suriyanın müafiə nazirinin müavini Aş-Şava da Süleymaninin qəhrəmanlığından danışaraq bundan sonra müqavimətin sionist düşmənə qarşı mübarizəsinin güclənəcəyini deyib. O işğal və terrorun beynəlxalq hüquqa zidd olduğunu qeyd edərək “Biz işğal və terrora qarşı mübarizəmizi davam edəcəyik”, -deyib.

Baş nüfti Xassun Süleymanini qəhrəman və şəhid adlandıraraq onun işlərini yüksək qiymətləndirib. Xassun Süleymaninin Suriyaya tərəf olduğunu bildirərək, onun heç vaxt unudulmayacağını önə çəkib.

Suriyanın baş müftisi Əhməd Bədrəddin Xassun həmçinin Süleymaninin Suriyanın çöküşünün islam və xristianların çöküşü olduğunu anladığını İŞİD-in hücumları zamanı hər kəs Suriyadan üz döndərdiyini. Lakin İranın Suriya xalqının yanında olduğunu xatırladıb.

İran səfiri də, Süleymaninin Suriya xalqına dəstəyindən danışaraq, Suriya Ordusunun qəhrəmanlığı və Süleymaninin müdrikliyindən söz edib.

Tədbirdə Süleymanilə bağlı film nümayiş olunub.

Qalereya

img
img
img
img
img
Yuxarı