Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Suriya müxtəlif səviyyələrdə ABŞ-ın planları ilə mübarizə aparacaq

Yayınlanma tarixi: 29.06.2020 19:40:38

Suriya xarici işlər naziri Feysal əl-Miqdad bu haqda açıqlama verib

İslamazeri.com “ParsToday”-ə istinadən xəbər verir ki, Suriya xarici işlər naziri Feysal əl-Miqdad bildirib ki, Suriya xalqı və hökuməti düşmənlərin planlarına qarşı qətiyyətlə mübarizə aparacaq.

O qeyd edib ki, son 10 ildə olduğu kimi, Suriya müxtəlif səviyyələrdə ABŞ-ın planları ilə mübarizə aparacaq və bu işdə suriyalılar hökumətin yanındadırlar.

ABŞ-ın Suriyaya qarşı “Sezar qanununu” şərh edən əl-Miqdad deyib ki, “bu qanun həm də qonşu ölkələrə qarşı tuşlanıb və Suriya dost ölkələrlə əməkdaşlıq və koordinasiya edərək bu planlara qarşı mübarizə aparır”.

Xatırladaq ki, adıçəkilən qanun 2019-cu ildə ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb. Qanun ABŞ Suriya təsisat və ayrı-ayrı şəxslərinə sərt sanksiyaların qoyulmasını nəzərdə tutur.

Yuxarı