Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Sünni alimi: “20 milyard sərvət yığan kral əhli-sünnəni qoruya bilməz”

Yayınlanma tarixi: 15.03.2019 11:03:45

Livanın nüfuzlu sünni alimi Şeyx Mahir Hammud cümə xütbələrindən birində maraqlı açıqlamalar verib.

Livanın nüfuzlu sünni alimi Şeyx Mahir Hammud cümə xütbələrindən birində maraqlı açıqlamalar verib.

Şeyx Mahir İsraillə eyni cəbhədə yer alan və müsəlman qanı tökən təkfirçilərlə müqavimətçilər arasında fərq qoymağın vacibliyini vurğulayıb:

"Xainlərin xəyanətindən təsirlənməyən yalnız ümmət üçün çalışan, bu yolda kürəyindən bıçaqlanan, yalançı mühakimələrin hədəfi olan, buna baxmayaraq, səbr və təmkinlə yoluna davam edən "Hizbullah"-a uğurlar arzulayırıq".

Şeyx xütbəsində bir çox siyasi mövzulara toxunub. Səudiyyə Ərəbistanının keçmiş kralı Abdullahın yürütdüyü siyasət xəttinə də toxunan Şeyx Mahir belə danışıb:

"Bir məsələyə də diqqət çəkməyimiz vacibdir. Kral Abdullah öldü və geridə şəxsi sərvəti olan 20 milyard dollar buraxdı. Bu qədər pulu necə qazandı? Ticarət yoluylamı? Yoxsa bu sərvət xalqındır? Üstəlik Səud nəslində yüksək məbləğdə sərvətə sahib olan bir çox şəxs var. Bütün bunlara baxmayaraq, əhli-sünnəyə zülm edildiyindən söz aça bilirlər. Kim zülm edir ? Əslində onlar özləri bu cür ifadələr işlətməklə zülm edirlər!"

İslamazeri.com

Yuxarı