Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Sumqayıtda 30 nəfər arasında kütləvi dava: Bıçaqlananlar var

Yayınlanma tarixi: 11.02.2019 10:14:31

Hadisə şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında mübahisə zəminində baş verib.

Sumqayıt şəhərində kütləvi davada 4 nəfər bıçaqlanıb.

Hadisə şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında mübahisə zəminində baş verib.

Sonradan əlbəyaxa dava zamanı 4 nəfər bıçaqlanıb. Onlardan üç nəfəri - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu və Ələsgərov Eminin vəziyyəti ağır oduğundan dərhal əməliyyat olunub.

Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.

Şahidlərin sözlərinə görə, kütləvi davada 30-a yaxın gənc iştirak edib. Davanın qız üstündə olduğu bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. ("Report")

Yuxarı