Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

SSRİ Yaponiyaya iki ada qaytarmaq istəyirmiş

Yayınlanma tarixi: 08.02.2019 00:38:20

SSRİ hakimiyyəti 1955-ci ildə Yaponiyaya Şikotan və Xabomai adalarının verilməsi planını hazırlayıb.

SSRİ hakimiyyəti 1955-ci ildə Yaponiyaya Şikotan və Xabomai adalarının verilməsi planını hazırlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı NHK televiziyası yayıb. Televiziya söhbətin SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Yaponiya ilə diplomatik münasibətlərin bərpasından sonra hazırladığı məxfi sənəddən getdiyini bildirib. Məxfi sənəddə iki ölkə arasında münasibətlərin yaxşı inkişaf edəcəyi halda SSRİ-nin Yaponiyaya Cənubi Kurildəki iki adanı verə biləcəyi vurğulanıb. Sənəddə həmçinin Tokionun bunun üçün öz ərazisində xarici ölkə bazalarının yerləşdirməkdən imtina etməli olduğu vurğulanıb.

Qeyd edək ki, Rusiya ilə Yaponiya arasında 60 ildən çoxdur Kuril adalarıyla bağlı mübahisə mövcuddur. Tokio bu adaların özünə qaytarılmasını tələb etsə də Rusiya bundan imtina edir.

Yuxarı