Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Şimali Koreya ABŞ-ın qarşısına şərt qoydu

Yayınlanma tarixi: 07.10.2019 09:34:05

Şimali Koreya danışıqlarla bağlı ABŞ-a şərt irəli sürüb.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Şimali Koreya XİN-dən bəyan ediblər ki, ABŞ “Şimali Koreyaya qarşı düşmən siyasətindən” əl çəkməyənədək, Pxenyan Ağ Evlə danışıqları davam etdirməyəcək.

“Biz aydın surətdə məsələlərin həlli yolunu ABŞ tərəfinin qarşısına qoyduq. Odur ki, Koreya-ABŞ dialoqunun gələcək taleyi ABŞ-ın mövqeyindən asılıdır, müddət isə cari ilin sonunadəkdir”, - deyə qeyd edilir.

Xatırladaq ki, daha öncə Şimali Korea XİN rəsmisi Kim Myön Gil ABŞ-la işgüzar danışıqların danışıqların iflası barədə elan edib.

Yuxarı