Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Səudiyyəli qadınlar ilk dəfə olaraq bu işlə məşğul ola biləcəklər

Yayınlanma tarixi: 13.02.2018 14:46:43

Səudiyyədə qadınlara qarşı loyallaşma, qadağaların ləğvi istiqamətində ilər davam edir

İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq müstəntiq qismində hüquq-mühafizə orqanlarına işə götürüləcəklər.

Bildirilir ki, bu vəzifədə işləmək istəyənlər ciddi seçmədən keçəcək və idman normativlərindən imtahan verəcəklər.

Sınaqlardan keçən qadınlar isə polisdə və ailə barışığına nəzarət üzrə komitədə işə başlayacaqlar.

Xanım namizədlərə olan tələblər arasında ali hüquqi təhsilin olması da var.

Müstəntiq qadınlar cinayət işlərinin araşdırması ilə məşğul ola, məhkəmə qərarlarının icrasını izləyə, həmçinin məhbusların şikayətlərini qəbul edə və onları cavablandıra biləcəklər.

Xatırladaq ki, bir müddət öncə səudiyyəli qadınlara avtomobil idarə etməyə, idman mərasimlərində və konsertlərdə iştirak etməyə və bir sıra yeni idman növləri ilə məşğul olmağa icazə verilib.

Yuxarı