Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Səudiyyə zəvvarlara: Peyvənd vurdurun sonra...

Yayınlanma tarixi: 13.01.2021 16:08:16

Səudiyyə Ərəbistanının Həcc nazirliyi Krallıq ərazisində yerləşən müqəddəs məkanları ziyarət etməyə hazırlaşan müsəlmanlara müraciət edib və onların koronavirus peyvəndi vurdurmasını istəyib.

İslamazeri.com "Az.shafaqna.com"a istinadən verdiyi xəbərə görə, qurumun başçısı Saleh Benten qeyd edib ki, ölkədə COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. Nazirin özü də koronavirusa qarşı peyvənd vurdurub.

Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanında kütləvi peyvəndləməyə start verilib. Artıq vəliəhd şahzadə Muhəmməd ibn Salman, Baş müfti Əbdül Əziz əl-Şeyx və hökumətin bir sıra üzvlərinə peyvənd vurulub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında vaksinasiya ABŞ-ın “Pfizer” şirkətinin istehsal etdiyi preparatla həyata keçirilir.

Yuxarı