Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Səudiyyə Ərəbistanı Osmanlı Türkiyəsinin parçalanması üçün çalışan İngilis casusun xatirəsini əbədiləşdirəcək

Yayınlanma tarixi: 07.09.2020 15:33:42

Bu barədə krallığın Turizm Nazirliyi məlumat verib.

İslamazeri.com “IslamNews”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı “Ərəbistanlı Lourens” ləqəbli Tomas Edvard Lourensin evini bərpa etmək qərarına gəlib. Bu addımın turistləri cəlb etmək məqsədi ilə atıldığı qeyd edilir.

Bu barədə krallığın Turizm Nazirliyi məlumat verib.

Britaniyalı casusun evi Qırmızı dəniz sahilində yerləşən Yanbu şəhərində yerləşir və yarımxaraba haldadır.

“Ərəbistanlı Lourens” ingilis kəşfiyyatının əfsanələrindən hesab edilir. O, Böyük Britaniyanın maraqlarına uğurla qulluq edərək Ərəbistan yarımadasının ərəb tayfaları ilə Osmanlı imperiyası arasında düşmənlik toxumu səpib onları toqquşdururdu.

Yuxarı