Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Sərnişinləri avtobusdan yarıyolda düşürmüş sürücü işdən müvəqqəti kənarlaşdırılıb

Yayınlanma tarixi: 22.09.2022 15:20:21

Hadisə 119 saylı müntəzəm marşrut xəttində baş verib və hazırda bununla bağlı araşdırma aparılır.

Bu gün saat 08:20 radələrində Abşeron rayonunun Xırdalan şəhərindən Bakı şəhərinə avtobusla gələn vətəndaşları yarıyolda düşürmüş sürücü işdən müvəqqəti kənarlaşdırılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə daşıyıcı şirkətdən bildirilib.

Məlumata görə, hadisə 119 saylı müntəzəm marşrut xəttində baş verib və hazırda bununla bağlı araşdırma aparılır.

Sürücü Gülhüseynov Rövşən Şıxmirhüseyin oğlunun izahatı alınıb, həmçinin hadisədən əvvəl avtobusda baş verənləri aydınlaşdırmaq məqsədilə videogörüntülərə baxılıb. Görüntülərdən məlum olur ki, sərnişin sıxlığının yüksək olduğu vaxt xanım sərnişinlərdən biri sürücüdən avtobusun dayanacaqdan kənar saxlamasını tələb edib. Sürücü isə yalnız dayanacaqda saxlamağın mümkün olduğunu bildirdikdən sonra bəzi sərnişinlər tərəfindən kobud rəftara məruz qalıb. Sərnişinlər tərəfindən təhqir edilən sürücü psixoloji gərginlik səbəbindən hərəkəti davam etdirməyin təhlükəli olduğunu bildirərək nəqliyyat vasitəsini saxlayıb və ona tibbi yardım göstərilib. Təxminən, 10 dəqiqə sonra sürücü avtobusla sərnişinləri sonuncu dayanacaq məntəqəsinə qədər gətirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Yuxarı