Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Əsədin kimya terapiya keçirən xanımının yeni fotoları yayıldı

Yayınlanma tarixi: 12.10.2018 12:07:18

Suriya prezidentinin mətbuat-xidməti Əsma Əsədin yeni fotolarını yayıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Suriya prezidentinin mətbuat-xidməti xərçəng xəstəliyindən müalicə almağa davam edən ölkənin birinci xanımı Əsma Əsədin şəkillərini paylaşıb.

Sözügedən şəkildə Suriya liderinin xanımı terrorçuların fəaliyyəti nəticəsində yaralanmış insanlara yardım edən könüllülər dəstəsi ilə bir yerdə təsvir edilib.

Başını yaylıqla örtən Əsma Əsədin nəzərə çarpacaq qədər arıqladığı da hiss olunur.

Xatırladaq ki, Bəşər Əsədin xanımına avqust ayının əvvəlində onkoloji xəstəliyə dair diaqnoz qoyulub.

Xoşbəxtlikdən, xəstəlik ilkin mərhələdəcə aşkar edilib, elə buna görə də həkimlər yaxşı proqnozlar verirlər.

 

 

 

Yuxarı