Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Əsəddən cənubdakı terrorçulara: Ya ölüm, ya qalım!

Yayınlanma tarixi: 14.06.2018 16:34:11

Suriya lideri ölkənin cənubunun azad edilməsi planları haqda danışıb.

İslamazeri.com-un “Əl-Ələm” telekanalına istinadən verdiyi xəbərə əsasən, Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, hələ ki, Suriyanın cənubunun azad edilməsi ssenarisi müəyyən edilməyib: ya sülh ilə həll ediləcək, ya da ki, güc yolu ilə.

“Suriyanın cənubu seçim qarşısındadır: Ya sülh, ya da güclə azad etmə. İsrail və ABŞ-ın barışıq və sülh əldə edilməməsi üçün həmin bölgədəki terrorçulara etdiyi təzyiqlərə görə, hazırda (sülh prosesinin) gözlə görünən nəticələri yoxdur.”, - deyə Əsəd qeyd edib.

O aydınlıq gətirib ki, Şərqi Qutada olduğu kimi, cənub üçün də böhranın sülh yolu ilə həll edilməsi üçün barışıq variantı təklif edilib. “Rusiya tərəfi digər bölgələrdəki kimi problemin həll edilməsi və barışıq üçün fürsətin verilməsi təklifi ilə çıxış edib. (Rusların) bu təklifi bizi qane edir.”, - deyə suriyalı lider bəyan edib.

O həmçinin qeyd edib ki, Rusiya, ABŞ və İsrail arasında Suriyanın cənubuna dair danışıqlar davam etdirilir.

Yuxarı