Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Səbrdən sonra növbə zəfər və qələbənindir...

Yayınlanma tarixi: 21.07.2019 11:57:58

İslamazeri-nin "Din" rubrikasından...

İslamazeri-nin "Din" rubrikasından...

İmam Rza (ə) buyurur: “Cənnətin xəzinəsi 3 şeydir; yaxşılıq etmək, etdiyin (yaxşı) işi gizlətmək və çətinliklərə səbr etmək”. Əgər ehtiyaclı birinin cehizinə yardım edib, xalça hədiyyə etmək istəyirsənsə gizlət, abrını aparma, dost tanışına demə. Özünü belə göstərmə. Birinə ver aparıb qapısının ağzına qoysun. Əməli gizlətmək gözəl xəzinələrdəndir.

Digər xəzinə isə çətinliklərə səbr etməkdir. Övladını itirəndə, iflasa uğradığın zaman özünü sıxma, əsəbləşmə, səbr et! Səbr və qələbə qədim dostdurlar. Səbrdən sonra növbə zəfər və qələbənindir. Mütəmadi olaraq başqalarının yanında şikayət etməyin. Allaha “Niyə bu cür oldu?” deyib, şikayət etməyin.

Ayətullah Müctehidi

Yuxarı