Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Sabah bu rayonlarda qaz kəsiləcək

Yayınlanma tarixi: 25.05.2022 16:57:56

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar, mayın 26-da saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər “Çənlibel” və “Gədəbəy” QPS-lərdən, “Zəhmət” və “Morul” QTM-lərdən, “Yastı Meşə” və “28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yuxarı