Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Sabah Azərbaycanın bu rayonlarında qaz olmayacaq

Yayınlanma tarixi: 22.09.2022 12:43:52

Azərbaycanın bir sıra rayonlarında qaz olmayacaq.

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar, 23.09.2022-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex”, “Balakən” QPS-lərdən və “Şəki Kərpic zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən "İslamazeri.com"a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarının tam olaraq, Şəki rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yuxarı