Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Saakaşvili Rusiya ilə münaqişəyə girməyəcək

Yayınlanma tarixi: 11.09.2020 10:50:00

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidən yeni açıqlamalar

İslamazeri.com RİA-a istinadən xəbər verir ki, ölkəsinə geri dönərək hakimiyyətə gəlmək istəyən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya ilə qarşıdurmaya girməyəcəyinə dair söz verib.

“Hazırda mühüm olan ölkəni bataqlıqdan çıxarmaqdır, kiminləsə qarşıdurmaya girmək deyil. Məqsədimiz Rusiya ilə qarşıdurmaya girmək yox, daxili problemləri həll etməkdir”,- deyə o bildirib.

Xatırladaq ki, avqustun sonlarında Saakaşvili Gürcüstana qayıtmaq istəyidiyni elan edib. O, prezidentliyi dövründə çoxlu səhvlərə yol verildiyini etiraf edib və əlavə edib ki, layiqli şəkildə “vətəninə xidmət etmək üçün” kifayət qədər təcrübə toplayıb.

Gürcüstan rəhbərliyinin bir sıra nümayəndələri Saakaşvilinin bəyanatını növbəti yalan hesab ediblər, ölkənin ədliyyə naziri Tea Tsulukiani söz verib ki, Saakaşvili sərhədi keçən kimi həbs ediləcək.

Gürcüstan Baş naziri Giorqi Qaxariya da münasibət bildirirək deyib ki, “heç kim və heç nə ölkənin sabitliyini şübhə altına ala bilməz“.

Saakaşvilinin keçmiş partiyası isə elan edib ki, 31 oktyabrdakı parlament seçkilərində qalib gələcəyi halda Saakaşvilinin baş nazir postuna namizədliyini irəli sürəcək.

Yuxarı