Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ruslan Əmirli 30 sutka həbs edilib

Yayınlanma tarixi: 11.09.2019 17:00:53

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verib

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. Bu barədə Turan-a AXCP-dən fəalın vəkilinə istinadən bildiriblər.

Polisin məlumatına görə, "Əmirli küçədə ünvansız söyüş söyüb, polis əməkdaşları ona irad tutarkən tabe olmayıb".

Əmirli ittihamları rədd edərək bildirib ki, bacısının müalicə olunduğu Milli Onkologiya Mərkəzinin binasından çıxarkən onu mülki geyimli şəxslər saxlayıblar.

Müdafiə tərəfi saxlanma yerində videomüşahidə kamerasındakı qeydlərə baxılması və şahidlərin çağırılması barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib. Müdafiə tərəfi apellyasiya verəcək.

AXCP fəalları məhkəmə zalına buraxılmayıb. Polis qüvvələri onları məhkəmə binasının yanında sıxışdırıblar. AXCP fəalı Təzəxan Mirələmlini bərk itələyiblər, o yıxılaraq xəsarət alıb.(Turan)

Yuxarı