Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Rusiyanın 27 diplomatı ABŞ-ı tərk edir

Yayınlanma tarixi: 28.11.2021 11:51:15

Rusiyanın iyirmi yeddi diplomatı ABŞ-ı tərk edəcək.

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
Diplomatlar ABŞ-ı gələn il yanvarın 30-da tərk edəcəklər.
"Bizim diplomatları qovurlar. Yanvarın 30-da 27 nəfər ailəsi ilə ABŞ-dan gedəcək, iyunun 30-da isə analoji sayda adam buradan gedəcək", - Antonov  YouTube kanalında deyib.
Onun sözlərinə görə, diplomatların xanımlarının akkreditasiyalarını əllərindən alır, uşaqlarına viza vermirlər. Antonov bunu rusiyalı diplomatların ailələrinin ayrılması siyasəti adlandırıb, eyni zamanda qeyd edib ki, ABŞ buna rəğmən həmişə ailə dəyərlərinə hörmətlə yanaşdığını deyir.
Bu yaxınlarda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ABŞ-ın bu ölkədəki Rusiya səfirliyi və konsulluqlarının 55 diplomat və inzibati-texniki işçilərini ölkədən çıxarmaq niyyətində olduğunu bildirmişdi. Onun sözlərinə görə, hazırda ABŞ tərəfdən Rusiyada təqribən 130 nəfər çalışır, Rusiyanın Vaşinqtondakı missiyasında, Nyu-York və Xyustondakı baş konqulluqlarında isə 200-dən az əməkdaş var.

Yuxarı