Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Ruhani: Azərbaycan bizim qardaşımızdır!

Yayınlanma tarixi: 14.08.2019 11:23:57

Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani arasında telefon danışığı baş tutub.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Danışıq zamanı ikitərəfli əlaqələr və digər məsələlər müzakirə edilib.

Həsən Ruhani Azərbaycan Respublikasını “İran üçün qardaş və dost dövlət” adlandırıb.

“Əminəm ki, bu qardaşlıq və dostluq bağları gələcəkdə də inkişaf edəcək”, - deyə Ruhani bildirib.

İlham Əliyev də, öz növbəsində bildirib ki, Azərbaycan-İran münasibətləri inkişaf etməyə davam edir və bu, iki dövlətin səmimi cəhdlərinin bəhrəsidir.

“Əminəm ki, iki ölkə və xalqın əlaqələri gələcəkdə də inkişaf edəcək”, - deyə İlham Əlivev qeyd edib.

Yuxarı