Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Roma Papası abort edənləri "killerə" bənzətdi

Yayınlanma tarixi: 12.10.2018 13:53:53

Roma Papası abort haqda danışıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Roma Papası Fransisk bəyan edib ki, abort etdirmək hər hansısa bir problemin həll edilməsi üçün muzdlu qatillərə pul verməklə eyni şeydir.

Pontifik növbəti dəfə xatırladıb ki, həyat Allahın verdiyi hədiyyədir.

Hər hansısa bir problemi həll etmək üçün insan həyatını məhv etmək məgər ədalətlidirmi? Abort etdirmək bu və ya digər bir problemi həll etmək üçün muzdlu qatilə pul verməklə eyni şeydir.”, - deyə  o qeyd edib.

Onun sözlərinə görə, gələcək övladlarının xəstə olaraq dünyaya gələcəyini bilən valideynlərin dəstəyə ehtiyacı var. Lakin çox zaman onlar belə bir yardımın əvəzinə abort etdirməyə dair məsləhətlər eşidirlər.

Hər bir insan həyatını qəbul etmək lazımdır.”, - deyə Roma Papası bildirib.

Yuxarı